Tokio Olimpiadasında koronavirusa yoluxan şəxslərin sayı 322-ə çatdı

Tokio Olimpiadasında koronavirusa yoluxan şəxslərin sayı 322-ə çatdı

Tokio Olimpiadasında COVİD-19-a yoluxanların sayı artmaqda davam edir. Son sutkada aparılan testlərdən sonra daha 29 nəfərdə koronavirus aşkar olunub. Virusa yoluxanlardan 4-nün idmançı olduğu bildirilir.
Hətta rusiyalı qadın karateçi Anna Çernışevanın virusa yoluxmas səbəbi ilə Tokio-2020-də iştirak etməyəcəyi dəqiqləşib. 55 kq çəki dərəcəsində çıxış etməli olan idmançı bu səbəbdən olimpiada ilə vidalaşıb.
Beləliklə, Tokio-2020-də COVİD-19-a yoluxan şəxslərin sayı 322-ə çatıb.