Qrossmeysterlərimiz ikinci turu da məğlubiyyətlə başa vurdular

Qrossmeysterlərimiz ikinci turu da məğlubiyyətlə başa vurdular

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçirilib.
Turnirdə ölkəmizi qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenə 3:4, T.Rəcəbov Hikaru Nakamuraya (ABŞ) 2,5:3,5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Xatırladaq ki, birinci turda Ş.Məmmədyarov ABŞ təmsilçisi Uesli Soya T.Rəcəbov isə Vladislav Artemyevə məğlub olub.
Turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.