BİR GÜNƏ YAZILAN QƏHRƏMANLIQ DASTANI
Olimpizm xəbərləri
05.10.2021, 12:12
O, Vətən müharibəsinin tarixinə general Polad Həşimovun
Qəhrəmanımız 44 günlük Vətən müharibəsində cəmi bir gün iştirak etdi. Amma bu bir gün ərzində göstərdiyi şücaətlə elə qəhrəmanlığa imza atdı ki, adı dillər əzbəri oldu. Söhbət yalnız dillərdə deyil ürəklərdə də yuva quran, 19 yaşında iki erməni polkovnikini, bir generalını və bir neçə düşmən hərbi qulluqçusunu əlləri ilə boğaraq məhv edən şəhid qəhrəmanımız Cəbrayıl Dövlətzadədən gedir.
Cəbrayıl Dövlətzadə həm də, İkinci Qarabağ savaşının tarixinə general-mayor Polad Həşimovun qisasını alan qəhrəman əsgər kimi düşdü.
Səhifələrində hər zaman Vətən müharibəsinin qəhrəmanlarına xüsusi yer ayıran "Olimpiya dünyası” qəzeti bu dəfə də bu ənənəni davam etdirir. Bu yazımızda Vətən müharibəsində iştirak edən və adını şəhidlik kimi uca bir zirvəyə yazdıran Cəbrayıl Dövlətzadəni oxucularımıza yaxından tanıdacağıq.
Əslən Zəngilan rayonundan olan qəhrəmanımız 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Ötən ilin iyul ayında baş verən Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun şəhid olması xəbəri Cəlilabadda Sərhəd Qoşunlarında xidmət edən Cəbrayılı olduqca məyus edib. Həmin gün onun özünə verdiyi "mən mütləq generalımız Polad Həşimovun qisasını alacağam” sözü onun geridə qalan iki aylıq həyatının əsas amalına çevrilib. Ərizə yazaraq xüsusi təyinatlı tabora qatılan Cəbrayıl Vətən müharibəsi başlayanda ailəsindən xəbərsiz könüllü olaraq döyüşlərə qatılıb. O, hərbçi yoldaşları ilə birgə Murovda düşmən mövqelərinin və xüsusi postların ələ keçirilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Gənc əsgər sonuncu çıxdığı döyüşünə 11 zabitlə birgə yollanıb. Cəbrayıl, yalın əllə erməni generalının və polkovniklərinin üstünə gedəndə artıq 2 ay bundan əvvəl qarşısına qoyduğu hədəfinə çatdığını yaxşı bilirdi. Düşmən postunda 11-ə yaxın müxtəlif erməni hərbçisi ilə üz-üzə gələn Cəbrayıl bir anın içində qəhrəmanlıq göstərərək, 44 günlük Vətən müharibəsinin şanlı səhifəsinə adını qızıl hərflərlə yazıb. O, təkbaşına girdiyi bu döyüşdə 2 erməni polkovnikini, 1 generalını, ümumilikdə isə 11-ə yaxın düşmən hərbçisini məhv edib.
Beləliklə, 44 günlük hərb zəfərimizdə cəmi bir gün döyüşən, lakin misli görünməmiş qəhrəmanlığa imza atan Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28-də aldığı güllə yaralarından sonra şəhidlik zirvəsinə ucalıb.
O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə İkinci Fəxri Xiyabanda gənc ömrünü qurban verdiyi idealı Milli Qəhrəman, general-mayor Polad Həşimovun yanında dəfn olunub. Cəbrayıl Dövlətzadə Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına
, ölümündən sonra "Vətən uğrunda” və "Azərbaycan bayrağı” ordenləri ilə təltif olunub.
Bu günlərdə qəhrəman hərbçimiz Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə ilə əlaqə saxladıq. Qəhrəmanımızın anası qəzetimizə oğlu ilə bağlı xatirələrindən danışdı.
"11 ildir ki, həyat yoldaşımdan ayrılmışam. Elə həmin vaxtdan, yəni 8 yaşından Cəbrayıl özünü əsl kişi kimi, evimizin böyüyü kimi aparırdı. O, hələ kiçik yaşlarından ciddiliyi, təmkinli və səbrli olmağı ilə seçilirdi. Pəncərədən onu səsləməyimizi, evdə yersiz zarafatlar edilməsini heç sevməzdi. Yanında yanlış hərəkət edildiyi zaman isə ciddi bir baxışı yetərli idi ki, insan öz səhvini anlasın. Bütün işlərimi balam həll edirdi, nəyə ehtiyacım olurdusa, ona deyirdim. Mən övladımla dost olmuşam. Həyatda heç kimə demədiyim sirlərimi, dərdimi balamla bölüşmüşəm. O, mənim hər şeyim, bütün dünyam idi. Balamı itirməklə sanki qolumu-qanadımı itirdim. İnandırım sizi ki, Allah onu sanki bir mələk olaraq mənə bəxş etmişdi. Adı mələk, özü mələk balam... O, çox ürəyi təmiz, yardımsevər insan idi. Ən əsası da kiməsə köməklik edəndə heç vaxt gəlib onunla öyünməzdi. Sizi inandırım ki, bəlkə də dünyaya Cəbrayıl kimi övlad bir daha gəlməyəcək. Allah elə bil ki, onu bu dünya üçün yaratmamışdı. Hərdən hiss edirdim ki, o, bu dünyada çox yaşamayacaq. Çünki Cəbrayıl bu dünyaya yaraşan övlad deyildi. Ailəm, doğmalarım hər kəs bilir ki, Cəbrayıl mənim üçün bir dünya idi. Onun yerini heç kəs əvəz etməyəcək. Bu gün yeganə təsəllim balamın cənnətdə olmasıdır. Bu yeri isə Cəbrayıl özü qazandı”, - deyə Məleykə xanım qeyd edib.
Məleykə xanım deyir ki, övladının şəhidlik xəbərindən əvvəl əsgərlərimizdən birinin erməni generalını boğaraq öldürdüyü xəbərini eşidib. Həmin vaxt isə bu qəhrəmanlığın, onun övladının əl işi olduğundan xəbəri belə olmayıb:
"Eşidəndə ki, əsgərlərimizdən biri erməni polkovniklərini və generalını boğaraq öldürüb, dedim ki, halal olsun o əsgərə. Həmin vaxt onun mənim balam olduğunu və artıq həyatda olmadığını heç ağlıma belə gətirmirdim. Çünki o mənə demişdi ki, biz döyüşlərdə deyilik, təlim keçirik. Amma içimdə sanki bir narahatlıq vardı. Bu barədə mənim üçün danışmaq çox ağırdır. Həmin anları yenidən xatırlamaq istəmirəm. O hadisədən sonra nə qədər müalicələr alsam da, özümə gələ bilmirəm. Mənim oğlum qəhrəmandır. Məndə olan məlumatlara görə o, bu ağır döyüş əməliyyatına 11 nəfər zabitlə birgə yollanıb. Oğlum mərhum generalımız Polad Həşimovun şəhid olması xəbərindən çox təsirlənmişdi. Həmişə telefonla əlaqə saxlayanda Polad Həşimovun müsbət keyfiyyətlərindən danışırdı. Deyirdi ki, müharibə olsun, şəhidlərimizin və generalımızın qisasını alım. Arzusuna çatdı balam, söz verdiyi kimi, generalımızın qisasını aldı.
Mənim oğlum qumbaraatan idi. O, həmin silahla erməni generalının da olduğu maşını partladıb. Həmin vaxt görüb ki, generalın papağı maşındadır, özləri isə qaçıblar. Həmin gecə hərbçi yoldaşları ilə birgə düşmənin yüksək rütbəli zabitlərinin olduğu kazarmaya daxil olub. O, komandirinin tapşırığını eşitməyərək irəli gedib. Hərbçi yoldaşlarına deyib ki, siz gəlməyin sizin ailəniz, yolunuzu gözləyən övladlarınız var, onlar yetim qalmasınlar, mən isə subayam, tək gedəcəyəm. Silahın səsi eşidilməsin deyə qarşısına çıxan erməni zabitlərini əlbəyaxa döyüş zamanı məhv edib. Zabit dostunun dediklərinə görə içəriyə girdikdən sonra təkbaşına 11-ə yaxın erməni hərbçisini öldürüb. Onların arasında düşmənin iki polkovniki və bir generalı da olub. O, öz qolunun gücü ilə həmin generalı boğaraq öldürüb. Cəbrayıl bu əməliyyat zamanı aldığı güllə yaralarından sonra qanaxmadan şəhid olub. Cəbrayıl şəhid olduqdan sonra onun nəşini zabit yoldaşları oradan çıxara biliblər. Mən fəxr edirəm ki, mənim belə qəhrəman, qorxubilməz oğlum olub. Bir tək ona görə rahatam ki, Cəbrayıl cənnətdədir, böyük bir zirvədədir. O heç vaxt silinməyən bir ad qoyub getdi, qəhrəmanlıq dastanı yazdı. Sorğusuz-sualsız cənnətə gedib mənim balam. Generalımız Polad Həşimovun qisasını aldı, qanını yerdə qoymadı. O, qəhrəman hərbçilərimizlə birgə itirilmiş torpaqlarımızı geri qaytardı, gözüyaşlı ana-bacılarımızın intiqamını aldı, məğrurluğumuzu özümüzə qaytardı”.
Məleykə xanım bizimlə söhbətində Polad Həşimovun anası Səmayə xanımla görüşündən də danışdı. Dəfələrdə Polad Həşimovun anası ilə görüşdüyünü deyən Məleykə xanım, daim şəhid generalımızın anası ilə telefonla əlaqə saxladığını, dərdlərini bölüşdüyünü dilə gətirib. Cəbrayılın Polad Həşimovun qisasını alandan sonra Səmayə xanımın qardaşının onlara gələrək, başsağlığı verib təşəkkür etdiyini deyən Məleykə xanım, daha sonra Səmayə xanımın dəvəti ilə onlara iftar süfrəsinə çağrılmasını da qeyd edib.

Məleykə xanımın sözlərinə görə, Cəbrayılın çox hobbiləri olub. O, gitarada ifa edir, gözəl rəsm çəkir, şeir yazır, mahnı ifa edirdi. Hətta sözləri özünə məxsus olan dörd repin müəllifidir. "Balamın idmana da böyük marağı olub. 9 il cüdo idman növü ilə məşğul olub, bu idman növünün sirlərinə yiyələnib. O, bundan başqa bir müddət boksla da məşğul olub. Cüdo üzrə müxtəlif yarışlarda qızıl və gümüş medallar belə qazanıb. Həmin vaxtlar oğlum ölkə ərazisində keçirilən yarışlarda iştirak edirdi. Ölkədən kənarda təşkil olunan beynəlxalq yarışlara göndərməyə isə maddi imkanımız yox idi. Cəbrayıl 17 yaşına kimi idmanla məşğul oldu. Elə bu idmançı keyfiyyətləri ona erməni hərbçiləri ilə əlbəyaxa döyüşdə çox böyük kömək oldu. Oğlum daha sonra işləməyə və mənə kömək etməyə başladı. Cəbrayıl sırf ailəyə maddi baxımdan kömək etmək üçün peşəkar idmandan uzaqlaşdı. Amma yenə də buna baxmayaraq, o, idmanla qeyri-peşəkar şəkildə məşğul olmağa davam edirdi. Qeyd edim ki, zəhmətə kiçik yaşlarından alışan balam 13 yaşından evə çörək pulu gətirməyə başlayıb. Yadıma gəlir ki, həmin vaxt mənim ayağım sınmışdı. Ailəyə kömək etmək üçün oğlum 3 aylıq yay tətilinin 2 ayını restoranda ofisiant işlədi. Artıq 17 yaşında Türkiyədə digər bir restoranda baş ofisiant işləməyə başladı. İnanın ki, Cəbrayıl orada özünə o qədər inam qazanmışdı ki, hətta restoranın sahibi seyfin açarını ona tərəddüd etmədən əmanət edirdi”, - deyə qəhrəmanımızın anası qeyd edib.
Məleykə Məmmədzadə söhbət əsnasında oğlunun arzularına da toxundu. O, övladının ən çox qol saatlarına və motosikletə böyük həvəs göstərdiyini deyib:
"Onun qol saatlarına böyük marağı və sevgisi var idi. Buna görə də, balama hər zaman saat hədiyyə edirdim. Cəbrayılın böyük saat kolleksiyası vardı. Elə indi də onun bütün saatlarını təmir etdirib, bir araya toplamışam. Cəbrayılın ən böyük arzusu motosiklet almaq idi. Mənə deyirdi ki, hərbi xidmətdən qayıdandan sonra pul yığıb özümə motosiklet alacağam. Balamın arzusunu yerinə yetirib kiçik bir motosiklet alıb, məzarına apardım. Bundan başqa, o, hündür mərtəbəli binadan ev almaq istəyirdi. Hər zaman deyirdi ki, "istəyirəm hər kəsə hündürdən baxım. Yuxarıdan aşağıda olan insanların necə göründüyünü bilmək istəyirəm”. Balam arzusuna çatdı, göylərə ucaldı. İndi o ən yüksək qatdan insanlara baxır”.
Məleykə xanım tez-tez oğlunun yuxusuna gəldiyini və hər gəlişində onu yanında hiss etdiyini deyir.
"Şəhid olduqdan sonra Cəbrayılı yuxuda çox görmüşəm. Onu ilk dəfə isə şəhid olduqdan 12 gün sonra görmüşəm. Hətta bir neçə dəfə o qədər aydın şəkildə görmüşəm ki, yuxu olduğuna belə inanmırdım. Cəbrayılın bir xasiyyəti var idi ki, mən uzananda başını qoluma qoyardı. Həmin vaxt bəzi problemlərim var idi. Yuxuda görürəm ki, Cəbrayıl ağ köynəkdə yanıma gəlib. Onu görüb ağlaya-ağlaya "sən də məni qoyub getdin, mən tək qaldım. Bütün işlərimi özüm həll edirəm”, - deyirdim. Başını qoluma qoyub mənə deyirdi ki, "Ana hər şey yaxşı olacaq, narahat olma. Sənə demişəm ki, ağlama, sənə ağlamaq yaraşmır”. Yuxudan oyananda balamın başını qoyduğu qolumun ağrıdığını hiss edirdim. Yəni Cəbrayıl həqiqətən də məni təsəlli etmək üçün yanıma gəlmişdi. Ümumiyyətlə, qeyd edim ki, özümü nə vaxt narahat hiss etsəm, hər hansısa bir problemim olsa hər zaman Cəbrayıl yuxuma gəlib, mənə təsəlli verir. Hətta bir dəfə yuxuda görmüşdüm ki, oğlan uşağı yıxılır və Cəbrayıl onu havada tutub yerə endirir. Növbəti gün kiçik oğlum "Aqua park”da hündürlükdən yerə yıxıldı. Amma oğlumun dediyinə görə, sanki kimsə onu havada tutub yerə endirdi. Oğlumu Allah saxlayıb, köməyə isə Cəbrayılı yollayıb. Yəni bir sözlə, dar günümüzdə, balam daim bizimlədir”.
Bu günlər onunla yanaşı, Vətən müharibəsində qanları ilə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şəhadətindən bir il ötür. Xalqımız qəhrəman hərbçilərimizin anım günündə onların xatirəsini yad edir, ruhuna dualar oxuyurlar.
Bu gün onunla yanaşı, bütün şəhidlərimizin ruhu şaddır. Çünki Müzəffər Ordumuz Qarabağı azad edərək, onun və bütün şəhidlərimizin qisasını aldı.
Bu qalibiyyətin dəyər və əhəmiyyəti isə gələcək tarix səhifələrində daha aydın görünəcək. Amma bu gerçək hər birimizə aydındır: Vətən müharibəsi haqq və şərəf mübarizəmizin şanlı salnaməsi kimi tarixə əbədi yazıldı.
Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də yad edir və əbədiyyən qəlbində yaşadacaq.
44 günlük Vətən müharibəsinin tarixinə general Polad Həşimovun qisasını alan qəhrəman kimi düşən igid əsgər, ruhun şad olsun!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm