Batutçularımızın Türkiyə zəfəri

Batutçularımızın Türkiyə zəfəri

İzmirdə batut gimnastikası üzrə açıq Türkiyə çempionatı təşkil olunub. Yarışda Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev iştirak ediblər. Böyüklər arasında çıxış edən S.Mahsudova qüsursuz çıxış nümayiş etdirərək birinci olub. 13-14 yaşlı gimnastlar arasında çıxış edən M.Mahsudov da birinciliyi əldən verməyərək, fəxri kürsünün ilk pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən M.Əliyev finalda yeddinci olub.

M.Mahsudov, M.Əliyev və H.Abbasov 13-14 yaşlı gimnastlar arasında komanda hesabında gümüş medal qazanıblar.

Daha bir medalı isə A.Baxşaliyev qazanıb. Gimnastımız bu yarışda ikinci yerdə qərarlaşıb.