Taekvondo üzrə Azərbaycan birinciliyinə start verildi 

Taekvondo üzrə Azərbaycan birinciliyinə start verildi 

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. Iki gün davam edəcək yarışda 2008-2010-cu illər təvəllüdlü idmançılar qüvvələrini sınayırlar. Yarışda 372 taekvondoçu (281 oğlan, 91 qız) mübarizə aparır. Birincilik koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçirilir.