Taekvondoçularımız Türkiyədə 5 medala sahib çıxıblar

Taekvondoçularımız Türkiyədə 5 medala sahib çıxıblar

Türkiyənin Antalya şəhərində taekvondo üzrə “Turkish Open” turniri keçirilib. 49 ölkədən 1250 taekvondoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.
Yarışda iştirak edən taekvondoçularımız turniri 1 qızıl və 4 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı Olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev (87 kq) qazandırıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan 33 yaşlı idmançımız türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu məğlub edərək qızıl medala sahib olub.
Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.