“Müharibə vaxtı döyüşlərə yetərincə idmançılar qoşulmuşdu”
Olimpizm xəbərləri
01.04.2022, 20:26
Biz illərdən bəri düşmən əsarətində qalan torpaqları 44 gün ərzində yaddellilərdən təmizləyən bir xalqın övladlarıyıq. Bütün dünya Azərbaycan ordusun şücayətindən hələ də danışır və danışacaq. Bu orduda Vətəni canından və doğmalarından əziz tutan qəhrəman oğullar döyüşdü və düşməni dizi üstə çökdürdü. Vətən uğrunda döyüşən neçə-neçə qəhrəmanlar şəhidlik zirvəsinə ucaldı. Ərazi bütövlüyümüz uğrunda başlanan müharibədə qazanılan qələbədən sonra hərbçilərimiz yenidən öz ailəsinə qovuşdu. Vətən müharibəsinə öz saylarında xüsusi yer ayıran “Olimpiya dünyası” qəzeti bu dəfə qəhrəman qazilərimizdən biri ilə müsahibəni oxucularımıza təqdim edir. Müsahibimiz “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş qazi, keçmiş güləşçi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdir müavini Ruslan Bağırovdur. 44 günlük müharibədə iştirak edən qazimizlə söhbət zamanı bir sıra maraqlı məqamları yada saldıq.
- Ruslan müəllim, əvvəlcə özünüz barəsində qısa məlumat verərdiniz.
- Mən 1982-ci ildə Yardımlı rayonunda anadan olmuşam. Orta məktəbə Yasamal rayon 52 saylı tam orta məktəbdə başlayıb, 8-ci sinifdə isə təhsilimi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində davam etdirmişəm. Sonra isə Əmək və Sosial Münasibətlər Akademiyasının maliyyə fakültəsinin məzunu olmuşam. Bundan başqa Ukraynada V.N.Karazin adına Beynəlxalq Universitetin hüquq fakültəsində ikinci təhsilimi almışam. Təhsilimi başa vurduqdan sonra 2004-cü ilə Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarında xidmət etmişəm. Həqiqi hərbi xidmət dövründə 9 aydan sonra ehtiyat zabit kursuna daxil olmuşam. Burada ən çox idmana üstünlük verilirdi.
Müəyyən dövrlərdə gizlin şəkildə, evdən və işdən xəbərsiz təlimlərdə iştirak edirdim. Biz əmin idik ki, bir vaxt gələcək ki, öz təcrübəmizi müharibədə sınaqdan keçirəcəyik. 2020-ci ilin sentyabrın 27-də mənə bildirdilər ki, sən hərbiyə çağırılırsan. Çağırış vərəqəmlə birlikdə mənə deyilən hərbi hissəyə yollandım. Bir neçə gün təlim keçdikdən sonra bizə müvafiq tapşırıqlar verildi. Fizuli rayonunda yerləşdik. Döyüş yolum çox geniş və fərqli ərazilərdən keçib.
- Yəqin ki, müharibə kitablardan oxuduğumuz və filmlərdə gördüyümüz kimi deyil.
- Əlbəttə. Müharibə sözü sadə səslənsə də, onun daxilində çox ağır məqamlar və hadisələr öz əksini tapıb. Burada həyatla ölüm arasında bir ortaq nöqtə yer alıb. Burada zəfər də var, məğlubiyyət də. Şükürlər olsun ki, biz zəfər qazanan tərəfə olduq. Müharibə uzun illərdən bəri qisas yanğısı ilə alışıb, yanan bir millətin haqq uğrunda vuruşması deməkdir. Müharibə bizə çox şeyi öyrədib, çox şeyi göstərdi. Biz bu döyüşlərdə bir amal uğrunda dəmir yumruğa çevrildik. Bu müharibədə hamı zəfər üçün öz töhfəsini verməyə çalışdı. Kimisi döyüş meydanında əlində silah tutaraq, kimisi də cəbhədə döyüşən əsgərlərə yardım və sovqatlar göndərməklə öz dəstəyini göstərdi. Nəticəsi isə sözlə ifadə olunmayan qələbə oldu.
Sözsüz ki, müharibənin acılı tərəfləri də var. Ən təsirli və ağrılı məqamlardan biri də bir neçə saat, hətta bir neçə dəqiqə əvvəl yanında olan və söhbət etdiyin hərbçi yoldaşının şəhid olmasıdır. Orada hər kəsin fərqli arzuları olsa da, məqsəd eyni idi. Müharibəni qələbə ilə başa vurmaq. Hər kəs söhbət zamanı öz evinə ailəsinin yanına qayıdacağı anı danışırdı. Amma bir də görürdün ki, həmin insan artıq həyatda yoxdur. Belə hallar bizdə qisas hissini daha da artırırdı.
- Düşmən çətin ki, bundan sonra özünə gələr. Lakin baş verənləri unutmalı deyilik. Siz bu barədə nə deyərdiniz?
- Müharibənin yazılmayan qanunları var. Bir-birinə düşmən olan tərəflər öz aralarında haqq-hesab çəkirlər. Düşmən sözü ermənilər üçün çox yüksək dəyərdir. Onlar haqqında elə bir söz yoxdur ki, deyəsən, bəlkə sakitləşəsən. Tarixən öz vəhşilikləri ilə xalqımıza divan tutan ermənilərin insanlığa yaraşmayan əməllərini əsla unutmaq olmaz. Onlar özlərini yad torpaqlarda ev sahibi kimi aparmağa çalışırdılar. Lakin bu doğma torpaqların əsl sahibləri onlara öz yerlərini göstərdilər. 30 ildən bəri mənfur düşmən tapdağı altında inildəyən Qarabağımız Vətənin mərd və igid övladları tərəfindən azadlığına qovuşdu. Fəqət düşmən elə düşmən kimi qalır və qalacaq. Biz sübut etdik ki, ermənilər qorxaq, lakin hiyləgər bir kütlədir. Onların bizim başımıza gətirdikləri faciələr heç vaxt unudulmayacaq.
- Bildiyimizə görə, vaxtilə sərbəst güləşlə məşğul olmusunuz.
- Bəli, uzun müddət yunan-Roma güləşi ilə məşğul olmuşam. “Dinamo”, AHİTA və Ordu İdman Klubunda məşq etmişəm. Bakı çempionatı və digər ölkədaxili yarışlarda iştirak edərək fəxri kürsüdə yer almışam. Həmin vaxtlar Arif Abdullayevlə birgə məşq edirdik. İdmanda əldə etdiyim təcrübə mənə müharibədə böyük kömək oldu.
- Fiziki və mənəvi hazırlığı olan bir əsgər qələbənin əsas hissəsidir.
- Bir döyüşçünün fiziki və mənəvi hazırlığı müharibədə öz sözünü deyir. Müharibə vaxtı döyüşlərə yetərincə idmançılar qoşulmuşdu. İdmanla məşğul olan əsgər və zabitlər baş verən hadisələrə daha soyuqqanlı və səbrlə yanaşırlar. Bundan başqa döyüşə yollanan əsgərlər arasında mehribanlıq və etibar əsas amil idi. Əsgər öz yeməyini yemir, zabitə təklif edir. Zabit isə tox olduğunu bildirir, yeməyini əsgərə verirdi. Belə bir ordu yalnız yüksək sözlərə və dəyərə layiqdir.
- Müharibəyə yollanmazdan əvvəl ailədə bu istəyə olan reaksiya necə idi?
- Əvvəlcə qeyd edim ki, ailəliyəm, iki övladım var. Müharibəyə gedəndə ailəmə yalan demək məcburiyyətində qaldım. Anam şəkər xəstəsi olduğu üçün əsl həqiqəti deməyə ürək etmədim. Oğluma demişdim ki, ata məktəbdədi, gələcək. Həqiqəti isə qızım bilirdi. Onu aldatmaq mümkün olmadı. Müharibə başa çatdıqdan sonra xüsusi tapşırıq üçün Bakıya gəldim. Fürsət tapıb ailəmlə də görüşdüm. Amma sonradan heyfisləndim ki, gərək görüşməyəydim. Lakin çox darıxmışdım. Bir neçə dəqiqəlik olsa belə görmək istəyirdim. Ailəmdə bir narahatlıq var idi. Onlar elə düşünürdülər ki, yəqin nəsə var və mən onu gizlədirəm.
- Döyüş vaxtı qarşılaşdığınız ən maraqlı məqam hansı oldu?
- Döyüşlərin hər bir məqamı maraqlı və gərgin idi. Təsəvvür edin ki, 20 il görmədiyim sinif yoldaşımla müharibədə qarşılaşdım. Bir-birimizi görməyə elə şad idik ki, ayrılmaq belə istəmirdik. Hələ də həmin anları xatırlayıram.
Mühasirədə olsaq da bunu son döyüş kimi qəbul etmirdik. Son bir dəfə oldu və həmin o son nöqtəni də biz qoyduq. Bundan sonra düşmən hərbi kapitulyasiya aktı imzalamağa məcbur oldu.
- Yəqin ki, müharibədən sonra şəhidlərimizin məzarını ziyarət etdiniz. Budəfəki ziyarət sizdə hansı hisləri oyatdı?
- Bəli, müharibədən qayıdandan sonra Şəhidlər Xiyabanını və Vətən müharibəsində şəhid olan hərbçi yoldaşların məzarını ziyarət etdim. Bunu özümə borc bildim. Budəfəki ziyarətdə isə sanki bir az rahatlıq tapdım. Çünki torpaqlarımız azad olunmuşdu, başımız uca idi.
- Müharibədən sonra Sizi iş kollektivinizdə necə qarşıladılar?
- Müharibədən sonra yenidən iş fəaliyyətimi bərpa etdim. Burada məni Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev və gözəl kollektivimiz qarşıladı. Səttar müəllim hər zaman şəhid ailələrinə, qazilərə və Vətən müharibəsinin iştirakçılarına diqqət və qayğı ilə yanaşıb. O, Azərbaycanın bütün bölgələrində olan şəhid və qazi ailələrinə yardım sovqatları göndərir onların problemləri ilə maraqlanır. Mən özüm də sədrin qayğısını hər zaman hiss edirəm.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm