Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu 

Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu 

Mayın 5-də Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Texniki Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol turniri keçirilib. 
Turnirin açılış mərasimində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirov, YAP Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov, partiyanın əməkdaşı Əli Babazadə, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, SSRİ idman ustası, Bakı Texniki Kollecinin Bədən Tərbiyə rəhbəri Aydın Kazımbəyov, kollecin bir qrup müəllim heyəti və tələbələr iştirak ediblər. 
Turnirin final mərhələsindən əvvəl ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Açılış mərasimində çıxış edən Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
O, ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən dahi lider olduğunu qeyd edib. 
Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük bir epoxanın yaradıcısı olduğunu deyən Akif Cahangirov ulu öndərin bu yolda ardıcıl və məqsədli siyasət nümayiş etdirdiyini, cəmiyyətin hərtərəfli inkişafı sahəsində mühüm nailiyyətlərə imza atdığını bildirib. 
Akif Cahangirov həmçinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, idman sahəsində qazanılan nailiyyətlər sayəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunduğunu qeyd edib. A.Cahangirov dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımızın bu etimadı layiqincə doğrutduğunu vurğulayıb. 
Daha sonra Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Texniki Kollecinin və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin komandaları meydana çıxıblar. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən bu komandalar arasında oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Penalti zərbələrini rəqibindən daha dəqiq yerinə yetirən Bakı Texniki Kollecinin komandası qalib adını qazanıb. Çempionluq kuboku komandanın kapitanı Seymur Məmmədova təqdim edilib. 
Qaliblər diplom, medal və kuboklarla təltif olunublar. 

Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu  Bakı Texniki Kollecinin komandası mini futbol turnirinin qalibi oldu