Qadın cüdoçularımızdan ibarət millimiz Konya-2021-in bürünc mükafatına sahib oldu

Qadın cüdoçularımızdan ibarət millimiz Konya-2021-in bürünc mükafatına sahib oldu

Azərbaycanın qadın cüdo millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tutub. Türkiyənin Konya şəhərində keçirilən yarışda bürünc medal uğrunda Qırğızıstan yığması ilə mübarizə aparan Azərbaycan millisi rəqib komandanı 3:1 hesabı ilə məğlub edib.