Karateçilərimizin Konya sınağı 6 medalla yadda qaldı 

Karateçilərimizin Konya sınağı 6 medalla yadda qaldı 

Azərbaycan karateçisi Asiman Qurbanlı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub. Yarışda 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız finalda uduzaraq gümüş medalla kifayətlənib. Karateçilərimiz İslamiadanı 6 medalla başa vurublar. İrina Zaretska (64 kq) qızıl, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı gümüş, Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.