Paris Olimpiadasının boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris Olimpiadasının boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün boks yarışlarının təsnifat sistemini təsdiqləyib. Əvvəlki ilə müqayisədə yeni sistemdə bəzi qaydalar sadələşdirilib. 2023-cü ildə təşkil olunacaq Panamerika Oyunları, III Avropa Oyunları, Sakit Okean Oyunları və Asiya Oyunları Olimpiadaya lisenziya xarakteri daşıyacaq. Həmçinin, gələn il Qananın paytaxtı Akkrada keçiriləcək Afrika Oyunlarının da bu siyahıya əlavə olunması üçün müzakirələr aparılır.
BOK kontinental mərhələdən sonra 2024-cü ildə iki Dünya Təsnifat Yarışı təşkil etmək istəyir ki, qalan kvotaların sahibləri həmin vaxt bəlli olacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.