UFC tarixinin ən gənc döyüşçüsü 

UFC tarixinin ən gənc döyüşçüsü 

ABŞ təmsilçisi Raul Rosas Mütləq Döyüş Çempionatında (UFC) ən gənc döyüşçü kimi tarixə düşüb. 17 yaşlı     idmançı "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində özündən 8 yaş böyük olan Mandro Qutyerresə qalib gəlib - 7:2.
Beləliklə, Rosas UFC tarixinin ən gənc üzvü adına sahib çıxıb və qurumla müqavilə imzalayıb. Qeyd edək ki, daha əvvəl 2019-cu ildə Çeyz Huper 19 yaşında yarışda debüt edib.