Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzalayıb
Olimpizm xəbərləri
28.09.2022, 15:32
Tanınmış cüdoçu, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək. İdmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012”nin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.
Tədbirdə çıxış edən ACF-nin vitse-prezidenti E.Məmmədli deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın heyətinə daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurlu olacağına inanırıq. “Judo Club 2012” ilə əməkdaşlıq həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına müsbət təsir göstərəcək.
Federasiya prezidentinin müşaviri Natiq Bağırov da hazırda milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib. O deyib: “Ölkəmizdə mükəmməl məşq bazası olan “Judo Club 2012”nin Səidin öz uğurlarını daha da artırması üçün hər cür şərait yaradacağına əminik. Belə titullu bir idmançı ilə iş birliyi Azərbaycan cüdosunun inkişafına sanballı töhfələr verən klubun özünün də nüfuzunu yüksəldəcək. Klubun yığma komandalarımıza daim dəstək göstərdiyini də minnətdarlıq hissi qeyd etmək istərdim. Hazırda yığma komandamız üçün baza tikilir. Belə bir vaxtda “Judo Club 2012” öz qapılarını təmənnasız olaraq yığma komandaya açıb. Yeniyetmələrdən ibarət yığmamız burada məşq edir. Vaxtilə qızlardan ibarət millimiz də bu klubda məşq keçib. Fürsətdən istifadə edib, federasiya rəhbərliyi adından klubun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əminəm ki, əməkdaşlığımız davamlı olacaq”.
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi Azər Əsgərov Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini sevindirici hal kimi dəyərləndirib.
“Belə titullu bir idmançının klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün çox böyük stimul olacaq. Klubumuzun qapısı Azərbaycan cüdosunun inkişafına çalışanların hamısının üzünə açıqdır. Federasiya ilə əlaqələrimiz yüksək səviyyədədir. “Judo Club 2012” cüdosevərlərin ikinci evidir və biz cüdonun inkişafı üçün bundan sonra da əlimizdən gələni etməyə hazırıq”, - deyə Azər Əsgərov bildirib.
Klubun icraçı direktoru Mübariz Cəfərov Səid Mollayinin klubda məşq etməsi üçün ona hər cür şərait yaradılacağını bildirib: “Səid 81 kiloqram çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının klubumuzun üzvü olması bizim üçün sevindirici haldır. Bu, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək. İnanıram ki, klubla müqaviləyə qol çəkəcək Səid Mollayinin gələcək karyerası bundan sonra da uğurlu olacaq”.
Klubun icraçı direktoru M.Cəfərovla birlikdə müqaviləni imzaladıqdan sonra Səid Mollayi deyib: “Azərbaycan yığmasının və “Judo Club 2012” ailəsinin üzvü olduğum üçün qürur duyuram. Azərbaycana həmişə böyük sevgim olub. Ölkəmizin və “Judo Club 2012”nin adını uca tutmağa çalışacağam. Hazırlığımı əsasən milli komandanın məşq bazasında keçirəm. Amma klubda yaradılan şəraiti gördükdən sonra heyrətimi gizlədə bilmədim. Bu günədək dünyanın bir sıra ölkələrində təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmişəm. Lakin heç bir ölkədə belə yüksək imkanları olan klub görməmişəm. Burada, həqiqətən də, məşq keçmək üçün hərtərəfli şərait yaradılıb. Belə bir klubda məşq keçən idmançı mütləq yüksək nəticə göstərməyə çalışmalıdır. Əgər bir idmançı belə şəraiti olan klubda məşq keçərək nəticə qazanmırsa, o, heç kəsə deyil, özünə xəyanət etmiş olar”.
Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları ilə görüşü keçilib və xatirə şəkli çəkdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm
-
Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
29.09.2026, 22:07 Tennis
-
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
29.09.2026, 20:27 Basketbol
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29.09.2026, 12:21 Gündəm
-
FIFA prezidenti Azərbaycana gəlib
29.09.2026, 11:55 Gündəm
-
Futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
29.09.2026, 11:44 Futbol
-
Qadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
29.09.2026, 10:49 Basketbol
-
Voleybol üzrə qızlardan ibarət yığmalarımızın yeni baş məşqçisi müəyyənləşib
29.09.2026, 10:39 Voleybol
-
Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
28.09.2026, 18:29 Su idman növləri
-
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
28.09.2026, 16:12 Olimpiya dünyası
-
Cüdoçularımız Xüsusi Olimpiya açıq turnirində 5 medal qazanıblar
28.09.2026, 13:18 Cüdo
-
Parisdə bürünc medal
28.09.2026, 12:51 Gimnastika
-
Gimnastlarımız beynəlxalq turnirdə 7 medal qazanıblar
28.09.2026, 12:35 Gimnastika
-
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
28.09.2026, 11:58 Şahmat
-
Beynəlxalq turnirdə bürünc medal
28.09.2026, 10:44 Olimpiya dünyası