Kyokuşin karateçilər Bakı kubokunda bir araya gəliblər 

Kyokuşin karateçilər Bakı kubokunda bir araya gəliblər 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Hövsan Olimpiya İdman Kompleksində kyokuşin karate üzrə Bakı kuboku yarışı keçirib. Yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 225 idmançı mübarizə aparıb. Nəticələrə əsasən müxtəlif yaş və çəki dərəcələri üzrə Tunar Aslanov, Məmməd Xəlili, Arzuman Əliyev, Rəsul Xəlilov, İbrahim Bədəlov, Mirsaleh Abdullayev, Abbas Məmmədov, Azər Həziyev, Həsən Qulamzadə, Laçın Ağayev, Musaxan İmanzadə, Rəsul Hüseynov, Qənimət Bağırov, Tunar Qasımov, Murad Səlimov, Qədir Kazımlı, Hüseyn Hüseynli, Əli Əlizadə, Səidrasim Səidzadə, Mirallahverdi Səidzadə, Kamran Həşimov, Sabir Əsgərov, Əlirza Həsənzadə, Rafiq Hüseynov, İbrahim Məmmədov, Məhəmməd Səfərli, Nadir Eldarlı, İsmayıl Heydərov, Təranə Əliyeva, Aynur Əhmədova birinci yerlərə layiq görülüblər.
İlk üçlüyü tutan idmançılar kubok, müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.