Karateçilərimizin Praqa zəfəri 

Karateçilərimizin Praqa zəfəri 

Çexiyanın Karlovı Varı şəhərində keçirilən 29-cu şotokan karate üzrə dünya çempionatında Azərbaycan Dünya Müasir Döyüş Növləri Federasiyasının karateçiləri uğurla çıxış ediblər. Federasiya rəhbəri Arif Məmmədovun rəhbərliyi ilə karateçilərimiz fərdi yarışlarda 9 qızıl, 6 gümüş, 20 bürünc medal, komanda döyüşlərində böyüklər gümüş, yeniyetmələr qızıl medal və dünya çempionatının kubokunu əldə ediblər.
Azərbaycan karateçiləri ümumi medal sıralamasında 29 ölkənin karateçiləri arasında üçüncü yeri tutublar.