Koreyalı futbolçu diqqət mərkəzindədir

Koreyalı futbolçu diqqət mərkəzindədir

İtaliyanın "Napoli" klubunun formasını geyinən Kim Min Ce karyerasını İngiltərədə davam etdirə bilər.

Cənubi koreyalı mərkəz müdafiəçisinin xidmətində "Mançester Yunayted" maraqlıdır.

Xəbərə görə, "qırmızı şeytanlar" Neapol klubunun 40 milyondan aşağı məbləğə satmaq istəmədiyi futbolçunu mövsümün sonunda almağı planlaşdırır.

Qeyd edək ki, A Seriyası təmsilçisi Kim Min Ceni bu ilin yayında, 18 milyon avro qarşılığında "Fənərbağça"dan transfer edib və onunla 3+1 şərti ilə müqavilə bağlayıb.