Daha bir gimnastımız Macarıstanda mükafatçılar sırasında yer aldı

Daha bir gimnastımız Macarıstanda mükafatçılar sırasında yer aldı

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən "Gracia Fair Cup" beynəlxalq turnirində medal qazanıb. Alina Məmmədova çoxnövçülük üzrə 3-cü yeri tutub.

Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə edib.

Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlib.