Gimnastımız finalda!

 Gimnastımız finalda!

Azərbaycan gimnastika millisinin üzvü Nikita Simonov Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda finala vəsiqə qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 27 yaşlı idmançımız halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub.