Yeniyetmə gimnastlarımızdan uğurlu nəticə 

 Yeniyetmə gimnastlarımızdan uğurlu nəticə 

Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə keçirilən “Little Tigers Cup” adlı beynəlxalq turnirdə yeniyetmə gimnastlarımız 1 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər. Komandamızın üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib olub. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.