Pəhləvanlarımız Antalyadan 10 medalla qayıdırlar

Pəhləvanlarımız Antalyadan 10 medalla qayıdırlar

Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U20) arasında güləş üzrə"Çempionlar" turnirinə yekun vurulub. Ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib.

Olimpnews.az x'b'r verir ki, sərbəst güləş yarışlarında Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl medala layiq görülüblər. Komandamızın digər pəhləvanlarından Ruslan Abdullayev (57 kq)gümüş,Cavidan Əhmədov (70 kq),Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) vəZəfər Əliyev (97 kq)bürünc medala sahib çıxıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən millimiz 140 xal toplayaraq komanda hesabında 3-cü yeri tutub.
Qadın güləşiüzrə keçirilən yarışlarda isə yığmamız 1 dəst medal qazanıb. Təmsilçilərimizdən Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər güləşçilərimizdən Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü olub.
Beləliklə, güləşçilərimizin Antalya sınağı 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medalla yadda qaldı.
Qeyd edək ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.