İdmançıları ruhdan salmaq olmaz!
Olimpizm xəbərləri
12.05.2023, 12:39
Qətərin paytaxtı Doha şəhərində mayın 7-də başlamış cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandası üzvlərinin uğursuz çıxışları mediada ciddi tənqid olunur.
Son dövrdə müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərən güclü və tanınmış cüdoçularımızın çempionatın ötən 4 günü ərzində tatamini məğlub tərk etmələri təəssüf doğursa da, idmanda hakim səhvlərinin və ya bəxti gətirməmək amilininin olmasını da unutmamalıyıq.
Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov bu məsələyə münasibət bildirərkən deyib: “Müxtəlif beynəlxalq mötəbər yarışlarda iştirak edən cüdoçularımız öz qələbələri bizi az sevindirməyiblər. İdmanda uğur və uğursuzluq təbii haldır, iki rəqibdən biri qalib, biri məğlub olur. Uduzmuş idmançı haqqında söylənilən hər hansı lüzumsuz söz, fikir onda mənəvi-psixoloji sarsıntı yarada bilər. Belə təzyiqə məruz qalan idmançıdan sonrakı yarışlarda uğurlu nəticə gözləmək mümkündürmü? Axı beynəlxalq yarışıların miqyası təkcə dünya çempionatı ilə məhdudlaşmır... Bunu nəzərə almaq vacibdir. Məsələn, Dohada medal ümidlərimizdən biri, “Judo Club 2012”nin yetirməsi, 90 kq çəki dərəcəsində mübarizəyə qoşulan Murad Fətiyev 1/8 finalda məğlub olsa da, təqdirəlayiq əzmkarlıq nümayiş etdirdi. Murad ilk qarşılaşmada rumıniyalı Aleks Kretə, sonra Avropa çempionatının ikiqat bürünc mükafatçısı yunanıstanlı Teodoros Tselidisə qalib gəldi. Onun 1/8 finaldakı rəqibi isə kubalı İvan Felipe Silva Morales idi: 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçı, dəfələrlə Panamerika çempionatının və bir sıra mötəbər turnirlərin qalibi... Bu təcrübəli idmançı ilə də Murad yüksək səviyyədə, sonadək mübarizə apardı və yalnız əlavə vaxtda məğlub oldu. Onun işlətdiyi fəndin hakimlər tərəfindən qeydə alınmaması da nəticəyə təsirsiz qalmadı.
Yığma komandanın və “Judo Club 2012”nin digər üzvü Səid Mollayi də Dohadakı yarışda hakim qərəzi ilə üzləşib. -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Səid 1/16 final mərhələsində kanadalı Fransua Qotyer Drapau ilə üz-üzə gəlib. İdmançımız birinci görüşdə rəqibindən üstün çıxış etməsinə baxmayaraq, ədalət təmsilçilərinin qeyri-obyektiv qərarı nəticəsində mübarizədən kənarda qaldı. Ümidvaram ki, həm Muradın, həm də Səidin idman karyerasında uğurlu çıxışları, qələbələri hələ çox olacaq”.
Xatırladaq ki, Dohada 99 ölkədən 657 (343 kişi, 314 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 9 kişi və 4 qadın ilə təmsil olunur. Çempionat mayın 14-də başa çatacaq. Həmin gün yarış komanda formatında keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı
18.05.2026, 19:10 Futbol
-
Region Liqasının qalibi müəyyənləşdi
18.05.2026, 18:30 Futbol
-
AFFA beynəlxalq forumda interaktiv futbol zonası qurdu
18.05.2026, 18:18 Gündəm
-
Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
18.05.2026, 17:42 Olimpiya dünyası
-
Türkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb
18.05.2026, 16:53 Şahmat
-
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
18.05.2026, 16:25 Olimpiya dünyası
-
WUF13 ərəfəsində qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmalarına həsr olunmuş beynəlxalq konfrans
18.05.2026, 16:02 AMADA
-
MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçiriləcək
18.05.2026, 11:55 Olimpiya dünyası
-
FIG-dən Rusiya və Belarus idmançılarına yaşıl işıq
18.05.2026, 10:53 Olimpizm
-
Cüdoçularımız Rusiyadan 2 medalla qayıdıblar
18.05.2026, 10:30 Cüdo
-
Pəhləvanlarımız Samokov sınağını 15 medalla başa vurdular
18.05.2026, 10:09 Gündəm
-
Yeniyetmə cüdoçular Liqa yarışında bir araya gələcəklər
18.05.2026, 09:30 Cüdo
-
Avropa çempionatında bürünc medal
18.05.2026, 00:36 Güllə atıcılığı
-
Sərbəst güləş millimiz Avropa ikincisi oldu
18.05.2026, 00:12 Gündəm
-
Cüdo millimiz Avropa Kubokunda birinci oldu
17.05.2026, 22:22 Gündəm
-
Astana sınağı üç medalla yadda qaldı
17.05.2026, 18:39 Şahmat
-
Beynəlxalq yarışdan 3 medal
17.05.2026, 10:05 Tennis
-
"AGF Trophy" beynəlxalq turnirində uğurlu nəticə
17.05.2026, 00:51 Gimnastika
-
"Neftçi" ikinci oyunda da məğlub olub
16.05.2026, 15:23 Basketbol
-
Millimizin təlim-məşq toplanışı başa çatıb
16.05.2026, 13:08 Voleybol
-
"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
16.05.2026, 12:48 Futbol
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlığı müzakirə olunub
15.05.2026, 18:21 Ağırlıqqaldırma
-
Kamandan oxatma yığması Avropa çempionatında iştirak edəcək
15.05.2026, 17:08 Olimpiya dünyası
-
Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara hazırlaşırlar
15.05.2026, 14:36 Tennis
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
15.05.2026, 02:32 Cüdo