Reytinq turnirində iki sərbəst güləşçimiz iştirak edəcək

Reytinq turnirində iki sərbəst güləşçimiz iştirak edəcək

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turniri üçün heyəti açıqlanıb. Turnirdə ölkəmizi iki idmançı təmsil edəcək.

Beynəlxalq turnirdə Abubakr Abakarov (86 kq) və Maqomedxan Maqomedo (97 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, reytinq turniri iyulun 13-16-da təşkil olunacaq.