Maks Ferstappendən daha bir çempionluq

Maks Ferstappendən daha bir çempionluq

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 11-ci turu olan Macarıstan Qran-prisində birinci yeri tutub. Yarışlar “Hunqarorinq” dairəsində keçirilib. İkinci yeri “McLaren”dən britaniyalı Lando Norris tutub. İlk üçlüyü isə “Red Bull” komandasının digər pilotu meksikalı Serxio Peres qapayıb.

Qeyd edək ki, növbəti mərhələiyulun 28-dən 30-dək Belçikada keçiriləcək.