“Neftçi” 1/4 finalda məğlub olub

“Neftçi” 1/4 finalda məğlub olub

 

Sentyabrın 16-17-də Monqolustanın paytaxtı Ulan-Batorda 8 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi keçirilib. Təmsilçimiz “Neftçi” B qrupunda Çin, ABŞ milliləri və "Yuanda" (Çin) klubu ilə üz-üzə gəlib. Komandamız qrupun ilk görüşündə ABŞ millisinə 13:16, ikinci oyunda Çin millisinə 10:21 hesabı ilə məğlub olsa da, sonuncu qarşılaşmada "Yuanda" (Çin) klubuna 16:12 hesabı ilə qalib gələrək qrup üçüncüsü kimi "play-in" ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi" nin rəqibi Fransa millisi olub. “Ağ-qaralar” görüşdə Fransa millisinə 14:21 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.