Azərbaycanın tanınmış karateçisi Rafael Ağayevin iştirakı ilə Braziliyada seminar təşkil olunub. 5 qat dünya və 11 qat Avropa çempionu Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində “Olimpiya” komandasının üzvlərinə xüsusi məşq keçib.
Titullu idmançı “Olimpiya” kollektivinin məşqçisi Rikardo Agiarın dəvəti ilə Braziliyaya yollanıb.
Qeyd edək ki, Rafael Ağayev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının isə qızıl mükafatçısıdır.