Avrasiya Kubokundan iki medal

Avrasiya Kubokundan iki medal

Başqırdıstanın Sterlitamak şəhərində karatenin bütün növləri üzrə IX Avrasiya Kuboku keçirilib. Yarışda ölkəmizi Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının idmançısı Elxan Cəfərov təmsil edib. 70 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən E.Cəfərov iki bürünc medala sahib çıxıb. O, 40 yaşadək idmançıların yarışında həm kumite, həm də kata yarışlarında üçüncü pilləni tutub.

Avrasiya çempionatında 15 ölkədən 100-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.