Dəri əlcək ustalarımız Bolqarıstanda hazırlıq keçirlər

Dəri əlcək ustalarımız Bolqarıstanda hazırlıq keçirlər

Azərbaycanın kişilərdən ibarət boks millisi Bolqarıstanda təlim-məşq toplanışında iştirak edir. Baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü Sofiyada ustalıq səviyyələrini artırmağa çalışırlar.

Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominges (92 kq) iştirak edirlər. Yığmamız hazırlığı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçir. Məşqlərdə sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.

Hazırlıq prosesi noyabrın 10-dək davam edəcək.