Atletimiz dünya birinciliyində çıxış edəcək

Atletimiz dünya birinciliyində çıxış edəcək

Noyabrın 15-23-də Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək. 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak edəcəyi turnirə Azərbaycan yığma komandasının bir üzvü çıxış edəcək. Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.