Azərbaycan Voleybol Federasiyası uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi məqsədilə bölgələrə səfərləri davam etdirir.
Federasiyadan verilən məlumata görə, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma və federasiya nümayəndələri bu dəfə Oğuz, Balakən və Şəki şəhərlərində olublar.
Mütəxəssislər bir neçə orta məktəbdə uşaqlarla görüş keçirib, onlara voleybol haqqında, eləcə də bu idman növünün inkişafı istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında ətraflı məlumat veriblər.
Görüşün sonunda federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.