Boks turnirinin qalibləri mükafatlandırıldı

Boks turnirinin qalibləri mükafatlandırıldı

 

Lənkəran Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli" çərçivəsində yeniyetmə boksçular arasında Lənkəran UGİM birinciliyi keçirilib. Turnir Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Turnirin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin 100 illiyini qeyd etmək, boks idman növünü təbliğinə diqqət yetirmək, eləcə də perspektivli idmançıları aşkar edərək gələcəkdə peşəkar idmançılar hazırlamaqdan ibarətdir.