Paris Olimpiadasının biletləri satışa çıxarılıb

Paris Olimpiadasının biletləri satışa çıxarılıb

Paris-2024 Yay Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb.

İyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadanı izləmək istəyən idmansevərlər üçün portal istifadəyə verilib.

Tamaşaçılar www.hospitalitytravelpackages.paris2024.org linkinə keçid edərək, istədiyi idman növünə bilet ala və yarışlara biletlərin daxil olduğu səyahət paketlərini sifariş edə bilərlər.