Türklər yenidən təqvimə düşməyə hazırlaşırlar

Türklər yenidən təqvimə düşməyə hazırlaşırlar

Türkiyə Avtomobil İdmanı Federasiyasının prezidenti Eren Uçlertoprağı 2026-cı ildən etibarən Türkiyə Qran Prisini Formula 1 təqviminə qaytarmaq istədiklərini açıqlayıb. Bu barədə qurumun rəhbəri “Bloomberg HT”nin “Business World” proqramında bildirib. O qeyd edib ki, Formula 1 ilə müqavilələri 2026-cı ildə başa çatan yeddi ölkə var. Formula 1 rəhbərliyi Türkiyəni yenidən təqvimdə görmək istəsə, ölkə bu barədə təklifi yüksək qiymətləndirəcək. Qeyd edək ki, Türkiyədə bu yarışlar sonuncu dəfə 2021-ci ildə keçirilib.