Pilotun musiqi albomu platformalara yerləşdirilib

Pilotun musiqi albomu platformalara yerləşdirilib

“Ferrari” sürücüsü Şarl Lekler özünün “Dreamers”adlı müsiqi albomunu buraxıb. O, bəstəkar Sofien Pamarla birgə ərsəyə gətirdiyi albomuna dörd instrumental əsər daxil edib. Leklerin bu albomu bütün musiqi platformalarında yerləşdirilib. ““Dreamers”in bütün musiqi platformalarında yayımlanması məni çox sevindirir. Ümid edirəm ki, musiqisevərlər bu kompozisiyalardan bizim qədər zövq alacaqlar”, - deyə o, LeClair sosial şəbəkəsində yazıb.