"Olimpiadada çıxış etmək üçün əlimdən gələni edəcəyəm"

"Olimpiadada çıxış etmək üçün əlimdən gələni edəcəyəm"

Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko Madrid" klubunun rəhbərliyi ilə görüşüb, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün icazə istəyəcək.

"Parisdə keçiriləcək Yay Olimpiya Oyunlar böyük bir hadisə olacaq. Olimpiadada çıxış etmək üçün əlimdən gələni edəcəyəm. Belə bir imkanı əldən verə bilmərəm. Vaxtı gələndə "Atletiko" rəhbərliyində icazə istəyəcəyəm. Düzdür bu il mənim üçün çox məsuliyyətli bir olacaq. İyunda Avropa çempionatı başlayır. Qısa zaman ərzində iki böyük yarışda iştirak etmək maraqlıdır. Mən bədənimin imkanlarını bilirəm. Çox yüksək səviyyəli fizioterapevtlərimiz var. Hesab edirəm ki, ona görə də heç bir problem olmayacaq» - deyə Antuan yerli mediaya müsahibəsində deyib.  

Qeyd edək ki, qaydalara əsasən Olimpiya futbol turnirində yaşı 23-dən yuxarı olan üç futbolçunun iştirakına icazə verilir. 2018-ci ilin dünya çempionu Qrizmannın isə 32 yaşı var. Məlumat üçün bildirək ki, Olimpiya Oyunları Beynəlxalq Futbol Federasiyasının klubların öz oyunçularını milli komandalara buraxması tələb olunan tarixlər siyahısına daxil edilməyib.