Gimnastımız Rumıniyada üçüncü oldu

Gimnastımız Rumıniyada üçüncü oldu

Azərbaycan gimnastı Rumıniyanın Ployeşti şəhərində keçirilən XXIII "İrina Deleanu Cup" turnirində uğurlu nəticə əldə edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq yarışda iştirak edən yığmanın üzvü İlona Zeynalova bürünc medal qazanıb.

O, çoxnövçülük proqramında bu uğura nail olub.