Stolüstü tennisçimiz Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazandı

Stolüstü tennisçimiz Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən “Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq turnirdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında iştirak edən tennisçimiz üçüncü yerə sahib çıxıb.

Xorvatiya, Macarıstan və Avstriya təmsilçilərinin yer aldığı qrupda birinci olan Onur Quluzadə növbəti görüşlərdə Polşa və İsveçrə idmançılarına da qalib gəlib. Lakin idmançımız finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə məğlub olub.