Güləşçimiz beynəlxalq turnirdə üçüncü yeri tutdu

Güləşçimiz beynəlxalq turnirdə üçüncü yeri tutdu

Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Rusiyanın Yakutsk şəhərində keçirilən gənclər arasında Roman Dmitriyev memorialında bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançımız beynəlxalq turnirin yarımfinalında məğlub olsa da, üçüncü yer uğrunda görüşdə yerli güləşçi Andrey Rumyantsevə qalib gəlib.

Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edən digər güləşçilər Ayxan Abdullazadə (65 kq) və İsmayıl Rəhimli (70 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.