Ferstappendən növbəti qələbə  

Ferstappendən növbəti qələbə  

Formula 1 üzrə Yaponiya Qran-prisi başa çatıb. Mövsümün dördüncü mərhələsi olan bu mübarizədən “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qalib ayrılıb. “Red Bull” daha bir uğurunu Serxio Pereslə qazanıb. Belə ki, komandanın meksikalı pilotu yarışı ikinci yerdə başa vurub. “Ferrari”nin sürücüsü Karlos Sayns isə üçüncü yerə sahib çıxıb.

Formula 1-in növbəti mərhələsi aprelin 19-dan 21-dək Çində təşkil olunacaq.