"Bruklin Nets" üçün 3 əsas namizəd

"Bruklin Nets" üçün 3 əsas namizəd

Tanınmış insayder Şəms Çaraniya "Bruklin Nets"in baş məşqçi postuna namizədlər barədə paylaşım edib. Onlardan biri keçmiş “Milwaukee Bucks” məşqçisi Mayk Budenholzer, “Sacramento Kings” köməkçi məşqçisi Xordi Fernandes və “Phoenix Suns” köməkçi məşqçisi Kevin Yanq ola bilər. Budenholzer 2013-cü ildə baş məşqçi kimi fəaliyyətə başlayıb. O, “Milwaukee” komandasını 2021-ci ilin çempionu edib.

Fernandes “Sakramento” ilə yanaşıKanada millisinin baş məşqçisidir. O, 2023-cü il dünya çempionatında bürünc medal qazanıb. Kevin Yanqın lisey, kollec və peşəkar səviyyələrdə 18 illik məşqçilik təcrübəsi var.