Yetirmələri ilə qürur duyan vətənpərvər müəllim
Olimpizm xəbərləri
21.04.2024, 18:28
Gənc nəslin düzgün mənəvi tərbiyəsi, savadlı vətəndaş kimi böyüməsi ilə paralel onun fiziki cəhətdən də sağlam olması mütləqdir. Övladlarımızın sağlam böyüməsində məktəbin, ailənin, cəmiyyətin, hətta hər gün təmasda olduğu insanların da rolu az deyil. Valideyn övladının sağlam böyüməsi üçün onu müxtəlif idman növləri ilə məşğul olmasında hər zaman maraqlıdır. Əsas odur ki, idman növünün təbliğində iştirak edən məşqçilər də bu məqamlara xüsusi diqqət yetirsin. Ölkəmizdə bu sahədə fəaliyyət göstərən, öz təcrübəsini uşaq və yeniyetmələrlə bölüşən məşqçi-müəllimlərin sayı kifayət qədərdir. Məhz bu cür mütəxəssilərin sayəsində Azərbaycan idmanı böyük nailiyyətlərlə zəngindir. Ən əsası onların sayəsində gənc nəsil sağlam və vətənpərvər ruhda yetişir. Belə mütəxəssislərdən biri də Elşad Fərzaliyevdir. Onun keçdiyi ömür yolu və qazandığı təcrübə deməyə əsas verir ki, gənc nəslin fiziki və mənəvi tərbiyəsi əmin əllərdədir.
Elşad Fərzalıyev 1973-cü ildə İmişli rayonu Aşağı Qaralar kəndində anadan olub. Orta məktəbin VI sinifində təhsil aldığı vaxt İmişli şəhərində idman məşqlərinə başlayıb. İdmanın güləş növü üzrə məşqlərdə ona ilk dəstəyi Əlsafa müəllim verib. Orta məktəbi bitirdikdən sonra, 1989-1990-cı illərdə keçmiş Sovet ordusunun sıralarında, Ukraynanın Simferopol şəhərində Daxili Qoşunlarda xidmət edib. Hərbi xidməti layiqincə başa vurduqdan doğma kəndinə qayıdıb. İdman sahəsindəki fəaliyyətini yenidən bərpa etmək qərarına gəlib. Belə ki, Elşad Fərzalıyev Aşağı Qaralarda ilk idman klubunu yaradıb. 1999-cu ildə Sensey (ustad) kimi fəaliyyətini davam etdirərək, yeni idmançıların yetişməsində mühüm rol oynayıb. Həvəskar idmançının müəllim kimi ilk sınağında yetirmələri 9 çəki dərəcəsi üzrə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Bu nəticə gənc mütəxəssisi daha da ruhlandırıb. 2000-ci ildə Elşad müəllim şəhərin Mədəniyyət sarayında ilk cüdo dərnəyini yaradıb. Bununla da o, peşəkar idmanda ilk addımlarını atıb. Onun bu bacarığı və sağlam həyat tərzinin təbliğatı üçün müstəsna xidməti diqqətdən yayınmayıb. Məhz bunun nəticəsidir ki, o, 2010-cu ildən etibarən İmişlidə cüdo klubunun yaranmasına müvəffəq olub. Hazırda Elşad müəllimin yaratdığı klubun uğurları günü-gündən artmaqdadır. Belə ki, İmişli cüdoçuları ölkə miqyasında keçirilən yarışlarda mükafatalayiq nəticə ilə diqqət çəkirlər. Bu klubun fəaliyyət göstərməsində Azərbaycan Cüdo Federasiyasının da xüsusi dəstəyi var. Federasiya onun İmişli Olimpiya İdman Kompleksində təlim-məşq fəaliyyətini yüksək qiymətləndirir. Uzun illərdən bəri idman sahəsində öz təcrübə və bacarığını gənc nəsillə bölüşən Elşad müəllimin idman titulları da az deyil.

Cüdo üzrə III Dan qara kəmər sahibi olan Elşad Fərzalıyev hazırda Dünya Cüdo Akademiyasının tələbəsidir. Onun yetirmələri isə Azərbaycanın üçrəngli bayrağını dünyanın mötəbər idman arenalarında layiqincə dalğalandırırlar. Elşad müəllimin məşqlərində iştirak edənlər yaxşı bilirilər ki, o hər zaman yetirmələrinin vətənpərvər ruhda yetişməsinə, pis vərdişlərdən uzaq olmasına çalışır, bu istiqamatdə tövsiyyələrini verir. Torpaqlarımızın azadlığı uğrunda haqq mübarizəsində neçə-neçə qəhrəman Vətən övladı canından və sağlamlığından keçdi. Nəticədə 30 ildən artıq düşmən tapdağı altında qalan əzəli torpaqlarımız azadlığına qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Döyüş meydanlarında rəşadət göstərən qəhrəmanlar arasında bir vaxtlar Elşad müəllimin yanında məşqlərdə iştirak edən qəhrəmanlarımızın da adlarına rast gəlinir.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin “Qondarma Dağlıq Qarabağ Respublikasının” hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə zamanı Azərbaycanın qəhrəman övladları böyük şücaət göstərdilər. Həmin tarixi heç cür unutmaq olmaz. Aprel döyüşlərinin igid və cəsur qəhrəmanları arasında şəhid Cavid Gülbaba oğlu Dədəkişiyev də var idi. İmişli rayonunun Qaralar kəndində anadan Cavid döyüşlərə Quru Qoşunlarının baş leytenantı kimi qoşulmuşdu. Döyüş meydanında düşmənə layiqli cavab verən şəhid zabitimizin şücayəti Dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Baş leytenat Cavid Dədəkişiyev Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən «Qüsursuz xidmətə görə 3-cü dərəcəli», "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley və ölümündən sonra «İgidliyə görə» medalları, eləcə də digər fəxri ad və təltiflərlə mükafatlanıb.
Elşad müəllimin daha bir yetirməsi, İmişli rayonu Şahverdilər kəndində anadan olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Ceyhun Niyaməddin oğlu Sadıqovdur. Qəhrəmanımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmişdi. Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçusu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Hər iki qəhrəmanımız ən uca məqam olan şəhidlik zirvəsinə yüksəlib. Elşad müəllim indi də onları xatırlayır, yetirmələrinə örnək göstərir. Qürur duyur ki, belə bir qəhrəmanların ömür yolunda onun da payı var. İstedadlı mütəxəssisin ailəsində üç övlad böyüyüb, boya-başa çatıb. Bir qız, iki oğlan atası olan Elşad müəllim onları cəmiyyət üçün layiqli övlad kimi yetişdirməyə müvəffəq olub. Hesab edirik ki, bir valideyn və müəllim kimi bundan gözəl nailiyyət ola bilməz.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
Bugün, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Bugün, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
Bugün, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
Bugün, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol