Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər‌

Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər‌

Gənclərdən ibarət milli yığmanın üzvləri İtaliyada keçirilən Avropa Kubokundan dərhal sonra Liqnanoda beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də start götürən hazırlıq prosesinə sabah yekun vurulacaq.İdmançılara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.