Güləş üzrə Azərbaycan çempionatının ilk yarış gününün qalibləri müəyyənləşdi

Güləş üzrə Azərbaycan çempionatının ilk yarış gününün qalibləri müəyyənləşdi

Sərbəst və yunan-Roma güləşi üzrə 17 yaşadək (U-17) Azərbaycan çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk yarış günündə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıblar. 5 çəki dərəcəsi üzrə 256 güləşçi qüvvəsini sınayıb. İlk günün medalçıları aşağıdakılardır:

Yarışın ilk günündə Fəqan Fətiyev (45 kq, UGİM-2), Muhamməd İsmayılov (51 kq, "Neftçi"), Hüseyn İsmayılov (60 kq, Gəncə, “Zenit”), Qəzənfər Kazımlı (71 kq, "Təhsil") və Fərhad Süleymanlı (92 kq, "Təhsil") bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb.