İdman gimnastımız Dünya Kubokunun finalına vəsiqə qazandı

İdman gimnastımız Dünya Kubokunun finalına vəsiqə qazandı

İtaliyanın Rimini şəhərində idman gimnastikası üzrə Dünya Kuboku keçirilir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirk edən idman gimnastımız Nikita Simonov final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz halqalar üzrə proqramda uğurla çıxış edərək həlledici mərhələyə yüksəlib. Turnirə aprelin 28-də yekun vurulacaq.