Millimizin üzvü Macarıstanda daha bir medal qazandı 

Millimizin üzvü Macarıstanda daha bir medal qazandı 

Qadın voleybolçulardan ibarət yığmamızın hücumçusu Marqarita Stepanenko Macarıstan birinciliyində bürünc medal qazanıb. 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, voleybolçumuzun komandası “Bekescsaba” üçüncülük uğrunda “MAV Elöre” klubunu 5 oyunluq seriyada 3:2 məğlub edərək Macarıstan çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Marqarita bu mövsümdə həmçinin Macarıstan kubokunda gümüş medal qazanıb.