Gimnastlarımız Serbiyada beş medal qazandılar 

Gimnastlarımız Serbiyada beş medal qazandılar 

Serbiyanın paytaxtı Belqradda bədii gimnastika üzrə “Ritam Cup” beynəlxalq turniri keçirilib. 
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri beş medal qazanıblar. 
Təmsilçilərimizdən Sofiya Məmmədova üç mükafata sahib çıxıb.
O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.
İlona Zeynalova isə yarışda iki medal qazanıb. Gimnastımız çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medala yiyələnib.