"Məşəl estafet zamanı qətiyyən sönə bilməz”

"Məşəl estafet zamanı qətiyyən sönə bilməz”

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəlinin dizayneri Mathieu Lehanner bildirib ki, Olimpiya məşəlinin sönmək ehtimalı çox aşağıdır. “Hər kəs məşəlin əldən ələ ötürülmə zamanı alovun görünmədiyindən danışır. Amma buna görə narahat olmağa dəyməz. Birincisi çöl şəraitində, gündüz alov elə də diqqət çəkmir. Mən onu alpinistlər üçün nəzərdə tutmuşam. Bu o deməkdir ki, məşəl estafet zamanı qətiyyən sönə bilməz”, deyə RMC Sport Lehannerin sözlərindən sitat gətirib.