Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən Avropa Kata turnirində fəxri kürsüyə qalxıblar.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmanın heyətində İsmayıl Rzayev (tori / hücum edən idmançı) və İbrahim Aslanov (uke / hücum edilən idmançı) bürünc medal qazanıblar.
Onlar böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq buna nail olublar.
Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində katada əldə edilən ilk medaldır.