Paris-2024-də günün yekunu: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu
BOK
10.08.2024, 23:30
Paris-2024 Yay Olimpiya Oyunlarının daha bir yarış günü idmançılarımız üçün başa çatdı. Bu gün üç sərbəst güləşçimiz və bədii gimnastika üzrə qrup hərəkətləri komandamız mübarizə aparıb. Komandamız günü bir bürünc medalla başa vurub. Ölkəmizə medalı sərbəst güləş yarışlarında qüvvəsini sınayan Giorgi Meşvildişvili (125 kq) qazandırıb. 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranla qarşılaşıb. Görüşü 9:3 hesablı qələbə ilə başa vuran Giorgi Meşvildişvili Olimpiya komandamıza 6-cı medalı qazandırıb. Bu gün həmçinin sərbəst güləş yarışlarında mübarizə aparan son iki təmsilçimiz Maqomedxan Maqomedov (97 kq) və Hacı Əliyev (65 kq) də xalça üzərinə çıxıb. Təmsilçilərimizdən M.Maqomedxanov 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə, 1/4 finalda isə polşalı Mateuş Baranovskiyə qalib gəlib. Güləşçimiz finala gedən yolda gürcüstanlı Givi Matçaraşviliyə məğlub olub. Pəhləvanımız sabah – Paris-2024-ün son günündə bürünc medal uğrunda mübarizə aparacaq. Digər sərbəst güləşçimiz Hacı Əliyev isə XXXIII Yay Olimpiya Oyunlarını medalsız başa vurub. Üçqat dünya və dördqat Avropa çempionumuz 1/8 finalda meksikalı Ostin Qomesə qalib gəlsə də növbəti mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevə məğlub olub. Beləliklə, ikiqat Olimpiya mükafatçımız ardıcıl iştirak etdiyi üçüncü olimpiadasını medalsız başa vurub. Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə bu gün Paris-2024-də final mərhələsində çıxışlarını nümayiş etdirib. Finala çıxmaqla adını dünyanın ən güclü 8 komandası sırasına yazdıran millimiz final mərhələsini 5-ci sırada başa vurub. Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olub. Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər. Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub. Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 2 qızıl, 2 gümüş və 2 bürünc medal var. Komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
Bugün, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
Bugün, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
Bugün, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
Bugün, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Bugün, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
Bugün, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası