Olimpiya çempionlarımızdan və mükafatçılarımızdan Novruz bayramı təbriki
Olimpizm xəbərləri
20.03.2025, 11:38
Novruz bayramı təbiətin yeniləndiyi, birlik və həmrəyliyin gücləndiyi, sevinc dolu bir bayramdır. Bu əziz gündə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, Olimpiya çempionlarımız və mükafatçılarımız da xalqımızın sevincinə qoşulur. Onlar qəzetimiz vasitəsi ilə Novruzun ruhunu, baharın təravətini və yenilənmə gücünü öz ürək sözləri ilə bölüşərək, hər kəsi bu gözəl bayram münasibətilə təbrik edirlər. İdmançılarımızın Novruz bayramı ilə bağlı ürəkdən gələn təbriklərini oxucularımıza təqdim edirik.
“Novruz həm də təbiətin, ənənələrin, həmrəyliyin və bərəkətin təcəssümüdür” Zemfira Meftaxetdinova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi: - Novruz bayramı ölkəmizdə sevilən ən sevimli və ən gözəl bayramlardan biridir. Hər il olduğu kimi, Novruz bayramını övladlarım, nəvələrim və yaxın qohumlarımla birgə qeyd edirik. Bu il Novruz bayramı, Ramazan ayına təsadüf edir. Bu bayramı böyüklərlə yanaşı, uşaqlar daha çox sevir. Novruzun papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, şam yandırmaq, yumurta döyüşdürmək, səməni yetişdirmək kimi gözəl adət-ənənələri var. Nəvələrim də bu bayramı məhz bu adətlərə görə daha çox sevir. Novruzun axşamı, yəni Novruz gecəsi, evlərdə süfrələr qurulur, dostlar və ailə üzvləri bir araya gəlir. Bu, bayramın sevdiyim ən yaxşı tərəflərindən biridir. Hər evdə Novruz şirniyyatları bişirilir, şam yandırılır, səməni yetişdirilir. Təbii ki, mən də Novruz şiriniyyatlarını daha çox sevinirəm. Amma ən çox sevdiyim şiriniyyatlar şəkərbura və paxlavadır. Novruz, sadəcə bir bayram deyil, həm də təbiətin, ənənələrin, həmrəyliyin və bərəkətin təcəssümüdür. Bu bayram, keçmişlə gələcəyi birləşdirən və insanları ruhən təzələyən bir zamandır. Fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Yeni ilin, baharın və təbiətin oyanışının, sevinc və bərəkətin təcəssümü olan bu bayramın hər birinizə sağlamlıq, xoşbəxtlik və uğurlar gətirməsini arzulayıram. “Artıq işğaldan azad olan torpaqlarımızda belə bayram tonqalları yandırılır” Fərid Mansurov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi: - Novruz bayramı bizim milli mənəvi dəyərlərimizdən hesab olunur. Bu bayram öz növbəsində yeniliyin, inkişafın və arzuların carçısıdır. Uşaq yaşlarımdan bu bayramın gəlişini səbrsizliklə gözləmişəm. Qədim tarixə malik olan bu el bayramı bu günə qədər ölkəmizin hər bir yerində böyük təntənə ilə qeyd olunur. Artıq işğaldan azad olan torpaqlarımızda belə bayram tonqalları yandırılır, şənliklər təşkil olunur. Bu, böyük qələbənin və sevincin təcəssümüdür. Xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, xoş günlər arzulayıram. Qoy bahar müjdəli bu bayram hər evə sevinc, hər ürəyə ümid gətirsin. Novruz bolluğun və birliyin rəmzi kimi xalqımıza xoşbəxtlik, firavanlıq və ruzi-bərəkət bəxş etsin.
“Arzu edirəm ki, Vətənimiz hər zaman sülh, birlik və bərəkət içində olsun” Nazim Hüseynov, Barselona-1992 Yay Olimpiya Oyunlarının qalibi: - Əvvəllər Novruz bayramını qayğısız uşaq kimi, indi isə ailə başçısı kimi, qeyd edirəm. Bu bayramın bir çox adət-ənənələri var. Novruz bayramı ərəfəsində dörd əsas çərşənbə qeyd olunur ki, bunlar da sadəcə adətlər deyil, hər biri özündə sirli inanclar və maraqlı hadisələri daşıyır. Yaz fəslində ağaclar çiçəklənir və təbiət canlanır. Bu dövr, həm təbiət üçün, həm də insanlar üçün yeniliyin və ümidin simvoludur. Arzu edirəm ki, Azərbaycan daim çiçəklənsin, Vətənimiz hər zaman sülh, birlik və bərəkət içində olsun. Bayramınız mübarək olsun! “Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm” Elnur Məmmədli, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi: - Hazırda Azərbaycan yığma komandası ilə birgə Yaponiyanın paytaxtı Tokioda keçirilən təlim-məşq toplanışında iştirak edirik. Hazırlıq prosesini başa vurduqdan sonra martın 23-də Bakıya qayıdacağıq. Bayramı Tokioda qeyd edəcəyik. Ümumiyyətlə Novruz bayramı adət-ənənələrlə zəngin, xalqımızın mədəniyyətini, tarixini və dəyərlərini əks etdirən ən gözəl bayramlardan biridir. Bayram zamanı əsas adətlərdən danışanda papaq atmaq adətini qeyd edərdim. Mən də uşaq vaxtı papaq atar, tonqaldan atlanardım. Novruz adət ənənələri ilə zəngin bir bayramdır. Novruzun əsas sevimli cəhətlərindən biri də bayram şirniyyatlarıdır. Mənim əsas sevdiyim şirniyyat isə şəkərburadır. Fürsətdən istifadə edib, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xalqımıza bol ruzi, sevinc və xoş günlər arzulayıram. “İdmançılarımıza yeni qələbələr, uğurlar və möhkəm iradə arzulayıram” Mövlud Mirəliyev, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı: - Novruz Azərbaycan xalqı üçün yeni ilin gəlişidir. Xalqımız hər zaman bu bayrama böyük əhəmiyyət verib. Bu qədim bayram xalqımızın birliyini, mədəniyyətini və ənənələrini yaşadan xüsusi bir gündür. Yazın gəlişi ilə təbiətdə baş verən dəyişikliklər həm də insanın ruhuna təsir edir. Novruz milli bayram olduğu üçün xalqı birləşdirir. Biz bunun ən yaxşı təzahürünü keçirilən şənliklərdə və adətlərdə görə bilirik. Qəzetiniz vasitəsi ilə Azərbaycan xalqını və idman ictimiyyətinin nümayəndələrini Novruz bayramı münasibəti ilə təbrik edirəm. İdmançılarımıza yeni qələbələr, uğurlar və möhkəm iradə arzulayıram. Azərbaycan bayrağını daim zirvələrdə dalğalandıran idmançılarımıza güc və qətiyyət, xalqımıza isə firavanlıq və xoşbəxtlik diləyirəm. “Novruz bayramı baharın gəlişini göstərən amillərdən biridir” Rüstəm Orucov, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı: - Novruz bayramı baharın gəlişini göstərən amillərdən biridir. Həmin vaxt yazın havası çox gözəl duyulur. Hamı kimi mən də bu bayramı ailəmlə birgə keçirməyi çox sevirəm. Bayram günü qohumlarımızı təbrik edir, bayram şirniyyatlarından dadırıq. Uşaq vaxtı bu bayramı səbirsizliklə gözləyirdim. Bayram günü dostlarımla birlikdə yaxın qonşu və qohumlarımızın evinə papaq atırdıq. Bu gün də bu adət ən-ənənələr qorunub, saxlanılır. Qəzetiniz vasitəsi ilə xalqımızı bahar bayramı münasibəti ilə təbrik edirəm. Novruz ölkəmizə, elimizə yeni başlanğıclar, sevinc dolu günlər, firavanlıq və xoşbəxtlik gətirsin.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Bugün, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
Bugün, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol