ASTF tanınmış şirkətlə müqavilə imzalayıb

ASTF tanınmış şirkətlə müqavilə imzalayıb

Azərbaycan Stolüstü Tennis Federasiyası ilə Hindistanın "STAG GLOBAL" şirkəti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Olimpnews.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, anlaşmaya əsasən şirkət yaxın 4 il əzrində stolüstü tennis üzrə milli komandaları geyim dəstləri və avadanlıqla təmin edəcək. Müqaviləyə Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayilova ilə "STAG GLOBAL" şirkətinin rəhbəri Vivek Kohli imza atıb. ASTF-nin vitse-prezidenti Elmar İslamın da iştirak etdiyi imza mərasimində tərəflər arasında səmərəli əməkdaşlıqla bağlı təkliflər irəli sürulüb, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.